Əsas Səhifə > Hadisə > Bakı-Qazax magistralında ildırım vuran yük maşını yanıb

Bakı-Qazax magistralında ildırım vuran yük maşını yanıb


Bu gün, 10:12


Bakl-Qazax əsas magistral yolunda ildırım vuran yük maşını yanıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə Ağdaş rayonunun Ləki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sürücü Nurlan Allahverdiyevin idarə etdiyi "DAF" markalı yük avtomobilndə ildırım vurması nəticəsində yanğın baş verib.

Avtomobilin yanar konstruksiyaları və yük hissəsindəki soyuducular yanıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt