Əsas Səhifə > Gündəm > “Qərarlara regionlarda da ciddi riayət olunmalıdır” - MM-in Komitə sədri
“Qərarlara regionlarda da ciddi riayət olunmalıdır” - MM-in Komitə sədri17-03-2020, 13:47 |
![]() APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva deyib. Q. Paşayeva bildirib ki, təşvişə əsas yoxdur: “Eyni zamanda vətəndaşlarımız dünyada olan bu ciddi təhlükənin fərqində olmalıdırlar. İtaliyada insanların vəziyyəti ciddi qəbul etməməsi nəticəsində virus çox geniş yayıldı. Ona görə maarifləndirmə işlərini çox ciddi şəkildə aparmalıyıq. Nazirlər Kabinetinin və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarları var. Azərbaycan təkcə Bakıdan ibarət deyil. Bu qərarlara regionlarda da ciddi riayət olunmalıdır. Şəffaflıq.azGeri qayıt |