Əsas Səhifə > Hadisə > Güclü külək və yağış Göygöldə fəsadlar törədib

Güclü külək və yağış Göygöldə fəsadlar törədib


Bu gün, 12:42


Qərb zonasında gecə saatlarında yağan intensinv yağış Göygöl rayonunda da bir sıra fəsadlar törədib.

Şəffaflıq.az-ın məlumatına görə, Göygöl şəhərində güclü küləklə müşahidə olunan leysan yağışı nəticəsində şəhərin bəzi ərazilərində ağaclar aşıb. Aşab ağaclardan biri minik avtomobilinin, digəri isə evakuator maşınının üzərinə düşüb.

Həmçinin bir neçə fərdi yaşayış evinə su dolub, həyətlərdə olan ağaclar aşıb.

Aidiyyəti qurumlar tərəfindən ərazilərdə təmizlik və təhlükəsizlik tədbirləri görülür.


Geri qayıt