Əsas Səhifə > ELM VƏ TƏHSİL > TDT ölkələrinin tələbələri üçün Beynəlxalq İncəsənət Müsabiqəsinə qeydiyyat başlayıb
TDT ölkələrinin tələbələri üçün Beynəlxalq İncəsənət Müsabiqəsinə qeydiyyat başlayıbBu gün, 12:39 |
|
Türkiyənin "Hitay" Fondu bu il Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığı ilə keçirilən 11-ci Beynəlxalq İncəsənət Müsabiqəsinə müraciətləri iyunun 30-dək qəbul edəcək. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyənin "Hitay" Fondunun məlumatında bildirilib. Müsabiqədə iştiraka Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan və Türkmənistandan olan tələbələr dəvət olunur. Seçimin nəticələri iyulun 14-də elan ediləcək. Müsabiqə 2013-cü ildən fondun təsisçisi Emin Hitayın təşəbbüsü ilə keçirilir və gənc rəssamların dəstəklənməsinə, eləcə də onların beynəlxalq incəsənət səhnəsinə çıxmasına yönəlib. Ötən il müsabiqə ilk dəfə olaraq bütün Türkiyə üzrə iştirakçılar üçün açıq olub və 1 minə yaxın müraciət qəbul edib. "Rəssamlıq, heykəltəraşlıq, fotoqrafiya və təsviri incəsənətin digər istiqamətləri üzrə təhsil alan bakalavriat və magistratura tələbələri müraciət edə (http://yarisma.hitayvakfi.com) biləcəklər", - məlumatda qeyd olunub. Eyni zamanda bildirilib ki, seçimin nəticələrinə əsasən beynəlxalq münsiflər heyəti ən yaxşı portfolioya malik 10 iştirakçını seçəcək. Onlar noyabrın 22-dək davam edəcək 61-ci Venesiya Biennalesi çərçivəsində yeddi günlük tanışlıq proqramında iştirak etmək imkanı qazanacaqlar. Proqram çərçivəsində gənc rəssamlar beynəlxalq incəsənət mühiti ilə tanış ola, biennale ekspozisiyalarını və digər sərgi layihələrini ziyarət edə biləcəklər. Fondun məlumatına görə, müsabiqənin keçirildiyi illər ərzində 40 tələbə aparıcı beynəlxalq incəsənət məkanları ilə tanış olmaq və yaradıcılıq baxışlarını genişləndirmək imkanı əldə edib. Geri qayıt |