Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıb
Rusiya Ukraynanın üç vilayətinə zərbələr endirib, 2 nəfər ölüb, 36 nəfər yaralanıbBu gün, 11:56 |
|
Rusiyanın Ukraynanın Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinə endirdiyi zərbələr nəticəsində 2 nəfər həlak olub, 36 nəfər yaralanıb. Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri və hüquq-mühafizə orqanları bildirib. Məlumata görə, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya qoşunları sutka ərzində regiona təxminən 30 dəfə hücum edib. Zərbələr nəticəsində 1 nəfər həlak olub, 16 nəfər yaralanıb. Mülki infrastruktur obyektləri zədələnib və qismən dağılıb. Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorovun sözlərinə görə, Rusiya qoşunları vilayətin 44 yaşayış məntəqəsinə 800-dən çox zərbə endirib. Nəticədə səkkiz nəfər xəsarət alıb. Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib ki, vilayətin atəşə tutulması nəticəsində 1 nəfər həlak olub, 12 nəfər yaralanıb. Geri qayıt |