Əsas Səhifə > Hadisə > Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən varBu gün, 09:53 |
|
Bakıda "Qazel"lə motosiklet toqquşması nəticəsində bir nəfər ölüb. Şəffaflıq.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. 1985-ci il təvəllüdlü Qurbanov Rafiz İbrahimxəlil oğlu idarə etdiyi "Qazel" markalı avtomobillə hərəkətdə olarkən 2008-ci il təvəllüdlü Məhəmməd Mirzə Arif oğlunun idarə etdiyi "Tufan" markalı motosikletlə toqquşub. Nəticədə sərnişin Məmmədov Nihat Elmar oğlu xəsarət almış, sürücü - Mirzə Məhəmməd aldığı xəsarətlərdən ölüb. Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır. Geri qayıt |