Əsas Səhifə > SİYASƏT > Azər Məmmədov Cəbrayılda vətəndaşları qəbul edəcək
Azər Məmmədov Cəbrayılda vətəndaşları qəbul edəcəkBu gün, 15:10 |
|
İyunun 12-də saat 11:00-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Cəbrayıl rayonunda vətəndaşları qəbul edəcək. Şəffaflıq.az "Azəriqaz"a istinadən xəbər verir ki, qəbul Prezidentin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəliyinin Cəbrayıl şəhərində yerləşən inzibati binasında keçiriləcək. Görüşdə adı çəkilən rayonların sakinlərinin müraciətləri dinləniləcək. Qəbula dair əlavə məlumat almaq istəyənlər Qarabağ Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-844-40-03; 050-844-40-41) müraciət edə bilərlər. Geri qayıt |