Əsas Səhifə > SİYASƏT > AZAL Bakı-Maskat aviareysini açmağı planlaşdırır
AZAL Bakı-Maskat aviareysini açmağı planlaşdırırBu gün, 13:39 |
|
"Azərbaycan Hava Yolları" (AZAL) QSC aviaşirkəti Bakı-Maskat aviareysini açmağı planlaşdırır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfirliyinin məlumatında deyilir. Bildirilib ki, AZAL Omanın paytaxtında Bakı-Maskat çarter reysinin təqdimat mərasimini keçirib. Tədbirdə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov iştirak edib. Mərasimdə çıxış edən diplomat yeni reysin turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb. Geri qayıt |