Əsas Səhifə > SİYASƏT > Tovuzda Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluğa həsr olunan konfrans keçirilib
Tovuzda Milli Qurtuluşun hüquqi təməlləri və qanunçuluğa həsr olunan konfrans keçirilibBu gün, 13:34 |
|
Baş Prokurorluq 15 İyun – Milli Qurtuluş Günü münasibətilə iyunun 10-da Tovuz şəhərində "Milli Qurtuluşun Hüquqi Təməlləri və Qanunçuluq" mövzusunda konfrans təşkil edib. Şəffaflıq.az-ın məlumatına görə, tədbirdə dövlət və hüquq-mühafizə orqanlarının nümayəndələri, Milli Məclisin deputatı, yerli icra strukturları, qeyri-hökumət təşkilatları, media təmsilçiləri, ictimai xadimlər, ziyalılar və gənclər iştirak ediblər. Konfransda açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımov Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyində sabitliyin təmin olunması, hüquqi dövlət quruculuğunun möhkəmləndirilməsi və qanunun aliliyinin bərqərar olunması baxımından tarixi əhəmiyyət daşıdığını qeyd edib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hüquq sistemində aparılan islahatların bu gün də davamlı inkişafın əsasını təşkil etdiyini vurğulayıb. Tovuz rayon icra hakimiyyətinin başçısı Məmməd Məmmədov Milli Qurtuluşun ölkədə ictimai-siyasi sabitliyin təmin olunmasında və regionların inkişafında mühüm rol oynadığını bildirib. Milli Məclisin deputatı Nizami Səfərov isə çıxışında bu tarixi mərhələnin müasir Azərbaycan dövlətçiliyinin hüquqi-siyasi əsaslarının formalaşmasında həlledici rol oynadığını, konstitusion inkişafın və qanunvericilik sisteminin güclənməsinə şərait yaratdığını qeyd edib. Daha sonra Tovuz rayon prokuroru Maarif Hüseynov, Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov, Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov, Ombudsmanın Qərb Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatının sədri Nihad Pənahov və Azərbaycanın Milli Qəhrəmanı Qasım Rzayevin qardaşı, Tovuz rayon sakini Valeh Rzayev çıxış edərək Milli Qurtuluşun hüquqi dövlət quruculuğu, milli həmrəylik və qanunçuluğun möhkəmləndirilməsində əvəzsiz rolunu vurğulayıblar. Konfrans çərçivəsində Azərbaycan Televiziyası tərəfindən hazırlanmış, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan "Qurulan gələcək" sənədli filmi nümayiş etdirilib. Sonda tədbir iştirakçıları hüquqi dövlət quruculuğu, qanunçuluğun möhkəmləndirilməsi və ictimai hüquqi maarifləndirmə istiqamətində fikir mübadiləsi aparıblar. Konfrans xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb. Geri qayıt |