Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyib
Ali Rada Ukraynanın müdafiə xərclərinin 39 milyard dollar artırılmasını təsdiqləyibBu gün, 13:31 |
|
Ukrayna Ali Radası 2026-cı il dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərclərinin 1,56 trilyon qrivna (39 milyard dollar) artırılmasını nəzərdə tutan dəyişiklikləri dəstəkləyib. Bu barədə Şəffaflıq.az "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir. Məlumata görə, qərarı 242 deputat dəstəkləyib. 19 deputat qərarın əleyhinə səs verib, 17 nəfər isə bitərəf qalıb. Qeyd olunub ki, təhlükəsizlik və müdafiə xərclərinin əsasən Avropa İttifaqının "Ukraine Support Loan" (USL) proqramı hesabına artırılması planlaşdırılır. Geri qayıt |