Əsas Səhifə > MILLI MƏCLİS > Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının tarixi və gündəliyi açıqlanıb


Bu gün, 16:59


Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası iyunun 12-də keçiriləcək.

Şəffaflıq.az xəbər verir ki, iclasın gündəliyinə 10 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsi (birinci oxunuş)

2. "Gəmilərdə zərərli çirklənmə əleyhinə sistemlərə nəzarət haqqında beynəlxalq Konvensiya"ya qoşulmaq barədə qanun layihəsi

3. "Azərbaycan Respublikasının Portuqaliya Respublikasında (Lissabon şəhərində) Səfirliyinin təsis edilməsi haqqında" qanun layihəsi

4. Torpaq Məcəlləsində, "Torpaq icarəsi haqqında", "Torpaq bazarı haqqında", "Dövlət əmlakının özəlləşdirilməsi haqqında", "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" və "Tənzimlənən qiymətlər haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi

5. "Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

6. "Yaşıllıqların mühafizəsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

7. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

8. "Dövlət qulluğu haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

9. İnzibati Xətalar Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)

10. Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).


Geri qayıt