Əsas Səhifə > Gündəm > SON DƏQİQƏ: Mübariz Mənsimov azad olundu - DİNDİRİLMƏ BİTDİ

SON DƏQİQƏ: Mübariz Mənsimov azad olundu - DİNDİRİLMƏ BİTDİ


17-03-2020, 00:51

 

Bu barədə 7NEWS.az-a Mənsimova yaxın olan çevrədən məlumat verilib. Məlumatda qeyd olunur ki, Mübariz Mənsimov həbs olunmamışdı, sadəcə dindirilmə üçün saxlanılmışdır: "Hal-hazırda o azadlıqdadır"-deyə mənbə bildirib.

Məlumat üçün qeyd edək ki, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, "Palmali Holding”in sahibi Mübariz Mənsimov bu gün saxlanılmışdır.

Şəffaflıq.az 7NEWS.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Türkiyənin ən məşhur KİV-lərindən olan "Sabah” yayıb. Mətbuatda yayımlanan xəbərə görə, Mənsimov FETÖ terror təşkilatı ilə əlaqədə və casusluqda ittiham olunurdu. Mövzunu diqqətdə saxlayacağıq. 
Geri qayıt