Əsas Səhifə > SİYASƏT > Azərbaycanın NATO yanındakı nümayəndəliyində 9 ölkənin nümayəndələri qəbul edilib
Azərbaycanın NATO yanındakı nümayəndəliyində 9 ölkənin nümayəndələri qəbul edilibBu gün, 15:28 |
|
Azərbaycanın NATO yanındakı nümayəndəliyi alyansla tanışlıq proqramının 9 ölkədən olan iştirakçıları ilə görüş keçirib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanındakı nümayəndəliyi "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. Nümayəndəliyin rəhbəri Cəfər Hüseynzadə və Azərbaycanın NATO yanındakı hərbi nümayəndəsi polkovnik Ramil Həsənov Əlcəzair, Misir, Kolumbiya, Gürcüstan, Yaponiya, Qazaxıstan, Mərakeş, Türkmənistan və Ukraynadan olan nümayəndələri qəbul ediblər. "Görüşdə iştirakçılara Azərbaycanın NATO ilə tərəfdaşlığı və ölkənin bu sahədəki təcrübəsi barədə məlumat verilib", - paylaşımda bildirilib. Qeyd olunub ki, NATO ilə tanışlıq proqramı ildə iki dəfə keçirilir və öz iştirakçılarına alyansın fəaliyyəti, eləcə də onun əməkdaşlıq proqramları barədə ümumi məlumat verir. Geri qayıt |