Əsas Səhifə > İdman > Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıbBu gün, 15:26 |
|
Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) məlumat verilib. AMADA ilə Özbəkistan Milli Antidopinq Agentliyi (UzNADA) arasında əməkdaşlıq memorandumu qurumun icraçı direktoru Təhminə Tağı-zadə və Özbəkistan Milli Antidopinq Agentliyinin direktoru Abdüşükür Sadıqov tərəfindən imzalanıb. Memorandum antidopinq təhsili, dopinq nəzarəti, terapevtik istifadə üçün istisnalar (TUE), idmançıların bioloji pasportu (ABP), ADAMS sistemi, nəticələrin idarə olunması, araşdırma və təhqiqat fəaliyyəti, həmçinin beynəlxalq idman tədbirlərində əməkdaşlığın inkişafını nəzərdə tutur. Bundan əlavə, tərəflər təcrübə mübadiləsi aparmaq, birgə təlim proqramları təşkil etmək, informasiya və metodik materiallarla qarşılıqlı əməkdaşlığı gücləndirəcəklər. Şəffaflıq.az Geri qayıt |