Əsas Səhifə > SİYASƏT > Culfada Vəkil Bürosunun açılışı olub
Culfada Vəkil Bürosunun açılışı olubBu gün, 14:42 |
|
Naxçıvan Muxtar Respublikasının (MR) Culfa rayonunda Vəkil Bürosu fəaliyyətə başlayıb. Şəffaflıq.az xəbər verir ki, açılış mərasimində muxtar respublikanın rəsmi şəxsləri, Vəkillər Kollegiyasının rəhbərliyi və yerli vəkillər iştirak ediblər. Tədbir çərçivəsində qonaqlara yeni inzibati bina təqdim olunub, yaradılan iş şəraiti ilə yerində tanışlıq keçirilib. Eyni zamanda, vəkillərlə görüş keçirilib, onların peşə fəaliyyəti zamanı qarşılaşdıqları məsələlər və təklifləri dinlənilib. VK rəhbərliyi tərəfindən görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat verilib, vəkilləri maraqlandıran suallar cavablandırılıb və qarşılıqlı müzakirələr aparılıb. Geri qayıt |