Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Latviyanın hava məkanına daxil olan PUA vurulub

Latviyanın hava məkanına daxil olan PUA vurulub


Bu gün, 13:37


Latviya səmasında pilotsuz uçuş aparatı (PUA) vurulub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Latviya Milli Silahlı Qüvvələrinin mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilib.

"Müttəfiqlərin qırıcıları Latviyanın hava məkanına daxil olan pilotsuz uçuş aparatını uğurla vurublar!" - Fransa və Latviya bayraqlarının əks olunduğu məlumatda vurğulanıb.

Başqa bir açıqlamada Latviya hava məkanında mümkün təhlükə qeyd olunub:

"Latviya Milli Silahlı Qüvvələri ölkənin hava məkanında mümkün təhlükələr barədə məlumat verir. Hazırda əlavə addımlar tələb olunmur. Vəziyyət gərginləşərsə, əlavə məlumat veriləcək".


Geri qayıt