Əsas Səhifə > REGİON > Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlib
Paşinyanın partiyası Ermənistanda seçkilərdə qalib gəlibBu gün, 10:52 |
|
Ermənistanın Baş naziri Nikol Paşinyanın "Vətəndaş müqaviləsi" partiyası bülletenlərin 100 %-i sayıldıqdan sonra 49,81 % səs toplayıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Ermənistan mediası MSK-nın məlumatına istinadən xəbər verir. "Vətəndaş müqaviləsi" partiyasına 727,160 seçici səs verib. İş adamı Samvel Karapetyanın "Güclü Ermənistan" bloku 23,29 %, sabiq prezident Robert Köçəryanın "Ermənistan" bloku 9,94 %, iş adamı Qaqik Tsarukyanın "Çiçəklənən Ermənistan" partiyası isə 4 % səs toplayıb. Qalan partiya və bloklar keçid bariyerini aşa bilməyib. Geri qayıt |