Əsas Səhifə > SİYASƏT > Prezidentin vəzifədən azad etdiyi GENERAL KİMDİR?
Prezidentin vəzifədən azad etdiyi GENERAL KİMDİR?16-03-2020, 21:58 |
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib. Qeyd edək ki, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi general-polkovnik Vaqif Axundov idi. Xatırladaq ki, V.Axundov 1950-ci il sentyabrın 16-da Astara şəhərində anadan olub. 2 iyun 2003-cü ildən Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi təyin olunub. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı, "Azərbaycan Bayrağı" ordeni və medallarla təltif edilib. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Vətənə xidmətə görə 1-ci dərəcəli ordenlə təltif edilib. Şəffaflıq.az Geri qayıt |