Əsas Səhifə > EKOLOGİYA > Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, yağış yağıb

Bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, yağış yağıb


Bu gün, 12:11


İyunun 5-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 4-ü gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, yağış yağıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Gədəbəydə 7, Şərurda 4, Daşkəsəndə 2, Ordubad, Şahbuz, Sədərək, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Qrız, Beyləqan, Biləsuvar, Cəlilabad, Yardımlı, Kəlbəcər, Laçın, Qubadlı, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dək olub.

İyunun 4-də saat 14:28-14:30 radələrində Gədəbəy rayonuna diametri 7 mm, rayonun Düzyurd və Talakənd kəndlərinə, saat 14:40 radələrində Daşkəsən rayonunun Alaxançallı, Qaratağlar, Qaraqullar, Muşavaq, Zinzahal, Zivlan, Suqovuşan kəndlərinə də dolu düşüb.


Geri qayıt