Əsas Səhifə > EKOLOGİYA > Rəşad İsmayılov: Xəzərin səviyyəsinin azalmasının qarşısının alınması üçün üç ölkə ilə işçi qrup yaradılıb
Rəşad İsmayılov: Xəzərin səviyyəsinin azalmasının qarşısının alınması üçün üç ölkə ilə işçi qrup yaradılıbBu gün, 11:53 |
|
Azərbaycan Xəzər dənizində suyun səviyyəsinin azalmasının qarşısının alınması üçün üç sahilyanı ölkə ilə işçi qrup yaradılıb. Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov BMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə tərəfdaşlıq çərçivəsində Azərbaycanın ev sahibliyi etdiyi 5 iyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunan tədbirdə deyib. Onun sözlərinə görə, Azərbaycan Xəzərin səviyyəsinin azalmasının qarşısını almaq üçün sahilyanı ölkələrlə birgə tədbirlər görür: "Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı Azərbaycan üç Xəzəryanı ölkə - Qazaxıstan, Türkmənistan və Rusiya ilə ikitərəfli işçi qrupları yaradıb. Bu qruplar çərçivəsində səbəblərin elmi araşdırılması, məlumat mübadiləsi, monitorinq və uyğunlaşma tədbirlərinin hazırlanması istiqamətində birgə fəaliyyət nəzərdə tutulur". Geri qayıt |