Əsas Səhifə > FUTBOL > Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxır

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxır


Bu gün, 10:05


Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

Şəffaflıq.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi sloveniyalı Vanya Yankoviç olacaq.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Komanda 4 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.


Geri qayıt