Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ haitilı 240 miqrantı daşıyan qayığı saxlayıb
ABŞ haitilı 240 miqrantı daşıyan qayığı saxlayıbBu gün, 10:01 |
|
ABŞ-nin aidiyyəti qurumları Haitidən gəldiyi və 240 qanunsuz miqrantı daşıdığı güman edilən qayığı saxlayıb. Şəffaflıq.az-ın məlumatına görə, bu barədə ABŞ-nin Gömrük və Sərhəd Nəzarəti Xidmətinin rəhbəri Rodni Skott bildirib. Onun sözlərinə görə, gəmi hava müşahidəsi zamanı aşkarlanıb. Gəmidəki miqrantlar dəniz yolu ilə ABŞ-yə qanunsuz keçməyə çalışıblar. R.Skott qeyd edib ki, həddindən artıq dolu qayıq suya qərq olub və batmaq təhlükəsi ilə üzləşib. O, qanunsuz miqrasiya cəhdlərinin son dərəcə təhlükəli olduğunu və ölkəyə uğurlu girişi təmin etmədiyini vurğulayıb. Geri qayıt |