Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini təsdiqləyib
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən qanun layihəsini təsdiqləyibBu gün, 09:57 |
|
ABŞ Konqresinin aşağı palatası Rusiyaya qarşı sanksiyaları gücləndirən və Ukraynaya əlavə yardım ayıran qanun layihəsini təsdiqləyib. Şəffaflıq.az-ın məlumatına görə, Konqresin 226 üzvü təşəbbüsün lehinə, 195 üzvü isə əleyhinə səs verib. Qanun layihəsi mümkün sülh razılaşması və danışıqların şərtlərinə riayət olunmasını təmin etmək üçün Rusiyanın hərəkətlərinin müntəzəm qiymətləndirilməsini tələb edir. Uyğunsuzluq halında, Rusiya rəsmilərinə, maliyyə sektoruna, neft, qaz, kömür və hasilat sənayesinə əlavə sanksiyalar tətbiq edilə bilər. Bundan əlavə, Rusiya mal və xidmətlərinə gömrük rüsumlarının azı 500 %-ə qədər artırılması təklif olunur. Sənəd həmçinin 2026 və 2027-ci maliyyə illərində Ukraynaya 300 milyon dollarlıq hərbi yardımın göstərilməsini nəzərdə tutur. Qanun layihəsi demokrat Qreqori Miks tərəfindən təqdim edilib. Geri qayıt |