Əsas Səhifə > XARİCİ XƏBƏR > Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib

Ukrayna və Kanada birgə dron istehsalı barədə razılığa gəlib


Bu gün, 09:57


Kiyev və Ottava Kanada ərazisində Ukrayna ordusu üçün pilotsuz uçuş aparatlarının istehsalının birgə başladılması barədə razılığa gəlib.

Şəffaflıq.az-ın "RBK-Ukraina"ya istinadən xəbərinə görə, müvafiq sənədi iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri imzalayıblar.

Razılaşma çərçivəsində Kanadada yeni müəssisə yaradılacaq, istehsal olunan dronlar isə Ukrayna Silahlı Qüvvələrinə göndəriləcək.

"Ukraynanın "Airlogix" müdafiə texnologiyaları şirkəti ilə Kanadanın pilotsuz sistemlər istehsalçısı "Sentinel Research and Development" arasında "Airlogix-Sentinel" adlı yeni birgə müəssisə yaradılır", - məlumatda deyilir.

Layihə Ukrayna və Kanada hökumətlərinin dəstəyi ilə həyata keçiriləcək ki, bu da Ukrayna hərbçilərinə kəşfiyyat və əməliyyat planlaması vasitələrinin tədarükünü sürətləndirməyə imkan verəcək.


Geri qayıt