Əsas Səhifə > İdman > Azərbaycanda aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib
Azərbaycanda aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşibBu gün, 15:21 |
|
Bakıda təşkil olunacaq aerobika gimnastikası üzrə Dünya Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytı məlumat yayıb. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna təmsilçiləri mübarizə aparacaqlar. Xatırladaq ki, Dünya Kuboku iyunun 5-7-si aralığında Milli Gimnastika Arenasında təşkil olunacaq. Geri qayıt |