Əsas Səhifə > SİYASƏT > Bahar Muradova: Azərbaycan gender bərabərliyini sosial siyasətin ayrılmaz hissəsi hesab edir
Bahar Muradova: Azərbaycan gender bərabərliyini sosial siyasətin ayrılmaz hissəsi hesab edirBu gün, 11:27 |
|
Azərbaycan gender bərabərliyini sosial siyasətin və ümumi inkişaf strategiyasının tərkib hissəsi kimi qəbul edir. Şəffaflıq.az xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova parlamentdə "Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı" təqdim edərkən deyib. B.Muradova qeyd edib ki, Hesabat dövründə gender bərabərliyi siyasəti üzrə qanunvericilik təkmilləşdirilib, institusional mexanizmlər daha sistemli xarakter alıb, fəaliyyətin məzmunu daha çox insan mərkəzli və nəticəyönümlü mərhələyə keçib. O vurğulayıb ki, 2025-ci il üzrə illik məlumat 298 səhifədə hazırlanıb: "Ən mühüm yenilik isə ilk dəfə olaraq gender bərabərliyi siyasətinin məhkəmə qərarları, media monitorinqləri, ali təhsil proqramları, sosial risk xəritələri ilə inteqrasiya olunmuş formada təhlil edilməsidir. Bu isə dövlət idarəetməsində data əsaslı qərarvermə modelinin gücləndiyini göstərməklə, onun yalnız statistik məlumat toplusu deyil, idarəetməyə yön verən analitik platforma olduğunu ortaya qoyur". Sosial tendensiyalar və ictimai dayanıqlılığa gəldikdə, Komitə sədri bildirib ki, gender əsaslı və sosial risk göstəricilərində müşahidə olunan dinamika göstərir ki dövlətin tətbiq etdiyi profilaktik və preventiv mexanizmlər daha səmərəli nəticə verir: "Bu özünü müraciətlərin azalması, mühafizə orderlərinin artması, erkən müdaxilə mexanizmlərinin genişlənməsi kimi bir-birini tamamlayan tendensiyalarda göstərir. Müvafiq qurumlara, qaynar xətt xidmətlərinə daxil olan müraciətlər, nikah ,doğum, gender əsaslı cinayət və hüquqpozmaların hazırda slaydlarda təqdim olunan statistikası sübut edir. Misal üçün: 18 yaşadək analar və erkən evlilik üzrə göstəricilərin son üç ildə təxminən 50%-ə yaxın azalması xüsusi qeyd olunmalıdır. Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin, ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir". Geri qayıt |