Əsas Səhifə > SİYASƏT > Anar Bayramov Xızıda vətəndaş qəbulu keçirib

Anar Bayramov Xızıda vətəndaş qəbulu keçirib


Bu gün, 16:39


TƏBİB-in İcraçı direktoru Anar Bayramov Xızı rayonunda Xızı və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşlar müayinə-müalicə, iş, əmək münasibətləri və s. ilə bağlı müraciət edib. Hər bir müraciət diqqətlə dinlənilib, bir sıra məsələlər yerində həll olunub.

Araşdırma tələb olunan digər müraciətlərin qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Şəffaflıq.az


Geri qayıt