Əsas Səhifə > SİYASƏT > “BAKI BİRLİK TƏŞKİLATI” İçtimai Birliyi TƏSİS EDİLDİ

“BAKI BİRLİK TƏŞKİLATI” İçtimai Birliyi TƏSİS EDİLDİ


15-03-2020, 14:10

 

Şəffaflıq.az Hurriyyet.org-a istinadən xəbər verir ki, Bakı kəndlərinin bir qrup içtimai fəalları 13.03.2020-ci il tarixdə təsis yığıncağı keçirərək,“Bakı Birlik Təşkilatı” İçtimai Birliyini təsis ediblər. Belə ki, təsis yığıncağında iştirakçıları yektilliklə səs verərək, təsisçi Qafarov Abid Abdin oğlu “Bakı Birlik Təşkilatı” İçtimai Birliyinin sədri seçilib.

“Bakı Birlik Təşkilatı” İçtimai Birliyinin sədri Abid Qafarov çıxış edərək, yığınçaq iştirakçıların nəzərinə çatdırdı ki, “BAKI BİRLİK TƏŞKİLATI” İctimai Birliyinin yaradılmasının əsas məqsədi fəaliyyətinin həyata keçirilməsidir. Birlik öz Nizamnaməsində müəyyən olunmuş məqsədlərlə ümumi maraqlar əsasında birləşmiş bir neçə şəxsin təşəbbüsü ilə yaradılmış könüllü, özünüidarədən, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan ictimai qeyri-hökumət təşkilatıdır və fəaliyyət dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir. Sonda “BAKI BİRLİK TƏŞKİLATI” İctimai Birliyinin yaxın zamanda növbəti geniş toplantısının keçirilməsi qərara alındı.
Geri qayıt