Əsas Səhifə > XARİCİ XƏBƏR > Belqradda Azərbaycan və Türkiyə səfirliklərinin rəsmiləri gələcək əməkdaşlığı müzakirə ediblər
Belqradda Azərbaycan və Türkiyə səfirliklərinin rəsmiləri gələcək əməkdaşlığı müzakirə ediblərDünən, 12:39 |
|
Serbiyanın paytaxtı Belqrad şəhərində Azərbaycan və Türkiyə səfirliklərinin Təhsil Müşavirliklərinin nümayəndələri arasında görüş keçirilib. Şəffaflıq.az xəbər verir ki, Türkiyə səfirliyində baş tutan görüş çərçivəsində Türkiyə və Azərbaycan arasında ortaq dil, mədəniyyət və tarixi dəyərlər üzərində qurulan əməkdaşlıq imkanları müzakirə olunub. Görüş zamanı qarşılıqlı mədəni əlaqələrin inkişafı, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq istiqamətində atılacaq addımlar barədə fikir mübadiləsi aparılıb. Geri qayıt |