Əsas Səhifə > İnfrastruktur > Şəkidə rəqəmsal kadastr sistemi yaradılır

Şəkidə rəqəmsal kadastr sistemi yaradılır


Bu gün, 16:04


Şəki şəhərində rəqəmsal kadastr sisteminin yaradılmasına başlanılıb.

Şəffaflıq.az xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin Memarlıq sektorunun müdiri Gülnar Əliyeva Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Şəhərlərdə Rəqəmsal Transformasiya" adlı tədbirdə bildirib.

"Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğu üçün rəqəmsal kadastr sisteminin qurulması istiqamətində işlər aparılır. Yeni sistem qoruq ərazisindəki torpaq sahələri, tikililər və mülkiyyət formaları barədə məlumatların vahid rəqəmsal platformada birləşdirilməsini təmin edəcək. Layihə qoruğun daha effektiv idarə olunmasına və məlumat bazasının sistemləşdirilməsinə xidmət edəcək", - deyə o qeyd edib.


Geri qayıt