Əsas Səhifə > SİYASƏT > Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunub
Bərdədə I Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Piriyev dəfn olunubBu gün, 15:44 |
|
Bərdə rayonunda Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Rəşadət Əli oğlu Piriyevlə vida mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Bərdə rayonunun vəzifəli şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qeyd edək ki, R.Piriyev 1973-cü il oktyabrın 1-də anadan olub. O, 1994-cü ilin fevral ayında Kəlbəcər rayonu Qızıl Qaya istiqamətində gedən döyüşlərdə itkin düşüb. R.Piriyev rayonun Yeni Daşkənd kənd qəbiristanlığında dəfn olunacaq. Geri qayıt |