Əsas Səhifə > REGİON > Qazaxıstan və Aİ Transxəzər dəhlizinin inkişafını müzakirə ediblər

Qazaxıstan və Aİ Transxəzər dəhlizinin inkişafını müzakirə ediblər


Bu gün, 15:26


Qazaxıstan və Avropa İttifaqı (Aİ) nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirmək və Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz - red.) inkişafı məqsədilə danışıqları davam etdirmək niyyətindədir.

Şəffaflıq.az xəbər verir ki, bu məsələ 2026-cı il mayın 22-də Astanada Qazaxıstanın nəqliyyat nazirinin müavini Janibek Tayjanovun Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktorluğunun dayanıqlı nəqliyyat və şəhər inkişafı şöbəsinin rəhbəri Serxio Olyete Xos ilə ikitərəfli görüşü zamanı müzakirə olunub.

"Danışıqlar zamanı tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun cari statusunu və əsas nailiyyətlərini müzakirə ediblər. Tranzit daşımalarının artımının müsbət dinamikası, yüklərin çatdırılma müddətinin əhəmiyyətli dərəcədə azalması, həmçinin konteyner daşımalarının həcminin daha da artırılması planları qeyd olunub", - məlumatda bildirilib.

Xəzər regionunun liman infrastrukturunun inkişafına xüsusi diqqət yetirilib. Qazaxıstan tərəfi Avropa Yenidənqurma və İnkişaf Bankının və Aİ-nin maliyyə dəstəyi ilə həyata keçirilən Aktau dəniz limanında yanalma körpülərinin yenidən qurulmasının gedişatı, eləcə də yeni gəmilərin tikintisi və Xəzərdə bərə əlaqəsinin inkişafı barədə məlumat verib.

"Görüşün yekunlarına əsasən, tərəflər nəqliyyat tərəfdaşlığının daha da möhkəmləndirilməsində qarşılıqlı maraqlarını təsdiqləyib və Transxəzər dəhlizinin Asiya və Avropa arasında etibarlı və rəqabətqabiliyyətli marşrut kimi inkişaf etdirilməsi məqsədilə konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər", - məlumatda qeyd olunub.


Geri qayıt