Əsas Səhifə > İdman > Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib
Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edibBu gün, 11:01 |
|
Azərbaycan Qış İdman Növləri Federasiyası rusiyalı konkisürən Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib. Bu barədə qurumdan bildirilib. Federasiya 13 yaşlı idmançının Azərbaycanı təmsil etməsi ilə bağlı işlərə start verildiyini təsdiqləyib: "Azərbaycan Qış İdman Növləri Federasiyası Aleksandr Plyuşenko üçün idman vətəndaşlığı əldə edib. Lakin onun Azərbaycanı təmsil edəcəyi ilə bağlı rəsmi icazə məktubu Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən hələ ki bizə təqdim olunmayıb. Rusiya Fiqurlu Konkisürmə Federasiyası tərəfindən Azərbaycan Qış İdman Növləri Federasiyasına müvafiq rəsmi təsdiq məktubu təqdim edildikdən sonra bununla bağlı idman ictimaiyyətinə məlumat veriləcək". Xatırladaq ki, Aleksandr Plyuşenko fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenkonun oğludur. A.Plyuşenko atası ilə birlikdə buz şoularında iştirak edir. O, 2017-ci ildən "Plyuşenkonun mələkləri" akademiyasında məşğul olur. Şəffaflıq.az Geri qayıt |