Əsas Səhifə > Dünya > Daha 2 nazir müavini koronavirusa YOLUXDU

Daha 2 nazir müavini koronavirusa YOLUXDU


15-03-2020, 13:41

 

İtaliyada 2 nazir müavini yeni tip koronavirusa yoluxub.

Bunlardan biri Səhiyyə nazirinin müavini Pierpaolo Sileri, digəri isə Təhsil nazirinin müavini Anna Askanidir.
Məsələ ilə bağlı danışan P. Sileri bir neçə gün öncə virus daşıyıcısı olan bir şəxslə təmasda olduğunu deyib:

“Pandemiyaya yoluxduğumu hiss elədiyim ilk andan özümü izolyasiya etdim. Analizlərimin cavabı pozitiv çıxdı. Dərhal Səhiyyə Nazirliyinin təyin etdiyi protokolu həyata keçirməyə başladım. Həyat yoldaşım və övladımın koronavirusa yoluxmaması üçün otaqları da ayırdıq”, - nazir müavini bildirib.

İtaliya mətbuatının məlumatına görə, Təhsil nazirinin müavini də karantinə alınıb.
Qeyd edək ki, ölkədə 1266 nəfər koronavirusdan ölüb. Ümumilikdə isə 17 min 660 nəfər pandemiya daşıyıcısıdır.

Şəffaflıq.az
Geri qayıt