Əsas Səhifə > REGİON > Rusiyada güclü leysan yağışları nəticəsində evləri su basıb

Rusiyada güclü leysan yağışları nəticəsində evləri su basıb


Bu gün, 11:42


Buryatiyanın (Rusiya) Utata kəndində güclü leysan yağışlarından sonra çay məcrasından çıxıb və evləri su basıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə yerli administrasiyaya istinadən "REN TV" məlumat yayıb.

Kənd yaşayış məntəqəsində "yüksək hazırlıq" rejimi tətbiq edilib.

Digər təfərrüatlar açıqlanmayıb.


Geri qayıt