Əsas Səhifə > Gündəm > Elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşdi

Elmi müəssisələrin akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşdi


14-03-2020, 17:20

 

Azərbaycanda elmi müəssisələrin (təşkilatların) akkreditasiyasını həyata keçirəcək qurum müəyyənləşib.

Bununla bağlı “Elm haqqında” qanunun 24-cü maddəsinə (Elmi fəaliyyətin tənzimlənməsi və elmi müəssisənin akkreditasiyası) dəyişiklik təklif edilir.

Dəyişiklik layihəsinə əsasən, elmi müəssisələrin (təşkilatların) akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

Elmi müəssisələrin (təşkilatların) akkreditasiyası ali attestasiya orqanı tərəfindən həyata keçiriləcək.

Sənədin hazırkı variantı isə belədir: Elmi müəssisələrin akkreditasiyası qaydasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Elmi müəssisələrin akkreditasiyası qurumu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən əsasnaməyə uyğun olaraq, ictimai əsaslarla fəaliyyət göstərir.

Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Şəffaflıq.az
Geri qayıt