Əsas Səhifə > SİYASƏT > Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək

Ramin Məmmədov mayın 20-də Qusarda vətəndaşları qəbul edəcək


Bu gün, 11:39


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun mayın 18-də Qusar rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Bu barədə komitədən məlumat verilib.

Bildirilib ki, Ramin Məmmədov mayın 20-də Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edəcək.

Qəbul saat 10:00-da Qusar rayon Heydər Əliyev Mərkəzində (ünvan: Qusar şəhəri, M.Vəliyev küçəsi) keçiriləcək.

Komitənin fəaliyyət istiqamətlərinə uyğun olaraq qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinə (əlaqə vasitələri: (023) 336 22 70, (050) 689 07 26, chairman@scara.gov.az, dk-quba@scara.gov.az) müraciət etmələri xahiş olunur.

Şəffaflıq.az


Geri qayıt