Əsas Səhifə > İnfrastruktur > ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
ADY Qurban bayramı ilə əlaqədar Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir14-05-2026, 14:48 |
|
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) qarşıdan gələn Qurban bayramı ilə əlaqədar 27 mayda Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə reyslər təşkil edəcək. Bu barədə səhmdar cəmiyyətindən bildirilib. Məlumata görə, qatar saat 07:15-də Gəncədən, saat 08:40-da isə Mingəçevirdən yola düşəcək. "ADY-nin Qurban bayramı münasibətilə təşkil etdiyi Gəncə-Mingəçevir-Gəncə reysləri ilə bayramı bu iki gözəl şəhərdə keçirmək fürsətini əldən verməyin", - deyə məlumatda deyilir. Sərnişinlər biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərlər. Şəffaflıq.az Geri qayıt |