Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > ABŞ Polşaya 4 min nəfərdən çox hərbçi göndərmək planını ləğv edib

ABŞ Polşaya 4 min nəfərdən çox hərbçi göndərmək planını ləğv edib


14-05-2026, 09:29


ABŞ Ordusu Polşaya 4 min nəfərdən çox hərbi qulluqçu göndərmək planını ləğv edib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə "Defense News" ABŞ Ordusunun adı açıqlanmayan nümayəndəsinə istinadən məlumat yayıb.

Söhbət 1-ci süvari diviziyanın 2-ci zirehli briqadasından, müvafiq avadanlıq və silahlardan gedir.

Nəşrin məlumatına görə, mənbə qərarın səbəbini açıqlamayıb.


Geri qayıt