Əsas Səhifə > SİYASƏT > Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib14-05-2026, 09:14 |
|
Azərbaycanın Yaponiyadakı səfiri Fərid Talıbov etimadnaməsini bu ölkənin İmperatoru Naruhitoya təqdim edib. Şəffaflıq.az-ın məlumatına görə, diplomat bu barədə "X" sosial şəbəkəsində xəbər verib. "Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mənə həvalə etdiyi mühüm missiyanı yerinə yetirərək, Azərbaycan Respublikasının Yaponiyadakı səfiri kimi etimadnaməmi əlahəzrət İmperatora təqdim etdim", - F.Talıbov yazıb. Geri qayıt |