Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Fransada sərnişinin ölümündən sonra 2 minə yaxın insan karantinə alınıb
Fransada sərnişinin ölümündən sonra 2 minə yaxın insan karantinə alınıbBu gün, 16:42 |
|
Fransada qastroenterit yayılması fonunda 90 yaşlı sərnişinin ölümündən sonra Bordoda yanalma körpüsündə dayanan "Ambassador Cruise Line" kruiz laynerində 1 700-dən çox insan karantindədir. Şəffaflıq.az xəbər verir ki, bu barədə BMFTV telekanalı məlumat yayıb. Onların arasında 514 nəfər heyət üzvüdür. Ümumilikdə 50-yə yaxın insanda norovirus simptomları müşahidə edilib, bu da yerli səhiyyə orqanlarını karantin elan etməyə məcbur edib. Şetland adalarından yola düşən və Belfast, Liverpul və Brestdən keçərək Bordoya gələn, daha sonra isə İspaniyaya yollanmalı olan gəminin göyərtəsində əsasən britaniyalı və irlandiyalı sərnişinlər olub. Geri qayıt |