Əsas Səhifə > FUTBOL > AFFA Region Liqasında final və üçüncü yer uğrunda oyunun yeri müəyyənləşib
AFFA Region Liqasında final və üçüncü yer uğrunda oyunun yeri müəyyənləşibBu gün, 16:40 |
|
AFFA Region Liqasında 2025/2026 mövsümünün final və üçüncü yer uğrunda oyunun yeri və başlama saatı müəyyənləşib. Milli assosiasiyadan verilən məlumata görə, yarışın həlledici matçları mayın 18-də Şamaxıda təşkil olunacaq. İlk olaraq saat 11:00-da "Biləsuvar" və "Şəfəq" komandaları arasında III yer uğrunda qarşılaşma keçiriləcək. Final oyunu isə saat 16:00-da "Zəngəzur"la "Marafon" kollektivləri arasında baş tutacaq. Hər iki qarşılaşma Şamaxı şəhər stadionunda reallaşacaq. Şəffaflıq.az Geri qayıt |