Əsas Səhifə > REGİON > Həştərxanda qaz emalı zavodu dron hücumuna məruz qalıb, yanğın başlayıb

Həştərxanda qaz emalı zavodu dron hücumuna məruz qalıb, yanğın başlayıb


Bu gün, 12:24


Həştərxan qaz emalı zavodu pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb, dron qalıqlarının düşməsi nəticəsində yanğın baş verib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin sosial şəbəkələrdə məlumat verib.

Onun sözlərinə görə, bəzi PUA-lar vurulub, bəziləri isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın bir neçə saat ərzində söndürüləcək.


Geri qayıt