Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölüb
Rusiya Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, 8 nəfər ölübBu gün, 11:37 |
|
Rusiya ordusu Ukraynanın Dnepropetrovsk və Xarkov vilayətlərinə hücum edib, nəticədə 8 nəfər həlak olub, 16 nəfər yaralanıb. Şəffaflıq.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi administrasiyalarının rəhbərləri məlumat veriblər. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja bildirib ki, Rusiya ordusu sutka ərzində regionun üç rayonuna təxminən 30 dəfə zərbə endirib – 8 nəfər həlak olub, 11 nəfər yaralanıb. Xarkov Vilayət Hərbi Administrasiyasının rəisi Oleq Sinequbov isə qeyd edib ki, son 24 saat ərzində Rusiya qoşunları idarəolunan aviasiya bombaları və müxtəlif tipli pilotsuz uçuş aparatları ilə Xarkova və vilayətin 14 yaşayış məntəqəsinə zərbələr endirib. Nəticədə beş nəfər xəsarət alıb. Geri qayıt |