Əsas Səhifə > İnfrastruktur > Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaq
Dərnəgüldən Azərbaycanın regionlarına qatarla getmək mümkün olacaqBu gün, 10:58 |
|
"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni istifadəyə verilmiş "Dərnəgül" stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq. Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq. Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və yaxud dəmiryol kassalarından əldə etmək olar. Geri qayıt |