Əsas Səhifə > Hadisə > Lökbatanda anbarda baş verən yanğın söndürülüb
Lökbatanda anbarda baş verən yanğın söndürülübBu gün, 10:51 |
|
Ötən gün Lökbatanda baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edək ki, mayın 12-də səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğın nəticəsində bir-birinə bitişik ümumi sahəsi 46 000 kvadratmetr olan müxtəlif təyinatlı malların saxlanıldığı anbar 21 000 kvadratmetr sahədə yanıb. Anbarın qalan hissəsi yanğından mühafizə olunub. Şəffaflıq.az Geri qayıt |