Əsas Səhifə > SİYASƏT > Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək

Bakıda WUF13 çərçivəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək


Bu gün, 12:14


Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) mənzil, maliyyə və şəhər siyasəti sahəsində mənzil böhranı və iqlim riskləri müzakirə ediləcək.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramından (UN-Habitat) məlumat verilib.

Bildirilib ki, tədbirdə BMT rəsmiləri, beynəlxalq təşkilat rəhbərləri, alimlər və şəhərsalma üzrə ekspertlər iştirak edəcəklər. Forum çərçivəsində qlobal mənzil böhranı, iqlim dəyişikliklərinə davamlı şəhər inkişafı, köçkünlərin mənzil təminatı və bərpa prosesləri ilə bağlı dialoqlar keçiriləcək.

Tədbirdə mənzil, iqlim dəyişkənliyi, miqrasiya və davamlı şəhər inkişafı ilə bağlı qlobal müzakirələrin formalaşdırılmasına kömək edən BMT-nin yüksək vəzifəli liderləri iştirak edəcək, o cümlədən Uqoçi Daniels, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) baş direktorunun müavini Dima Əl-Xətib, BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin direktoru Andrea Meza Murillo, BMT-nin Səhralaşmaya Qarşı Mübarizə Konvensiyasının icraçı katibinin müavini UN-Habitat rəhbərliyi ilə birgə mənzil sistemləri, şəhər bərabərsizliyi, iqlim dəyişikliyinə davamlılıq və maliyyələşdirmə boşluqları ilə bağlı qlobal müzakirələrin qurulmasına kömək edəcəklər.

Sessiyalarda Davamlı İnkişaf Həlləri Şəbəkəsinin prezidenti Ceffri Saks, Dünya Bankının şəhər inkişafı üzrə qlobal direktoru Minq Çjanq, IPCC sədr müavini Diana Ürge-Vorsatz və digər beynəlxalq ekspertlərin çıxışları nəzərdə tutulur.

Dialoqda qlobal mənzil böhranının struktur hərəkətverici qüvvələri, o cümlədən əlçatanlıq təzyiqləri, idarəetmə boşluqları, bərabərsizlik araşdırılacaq.

WUF13 çərçivəsində həmçinin əlverişli mənzil maliyyələşdirilməsi, mədəni irsin qorunması və inklüziv şəhər yenilənməsi mövzularında xüsusi sessiyalar da təşkil olunacaq. Forumun əsas məqsədi təhlükəsiz, dayanıqlı və inklüziv şəhərlərin inkişafı üçün beynəlxalq əməkdaşlığı gücləndirməkdir.

Şəffaflıq.az


Geri qayıt