Əsas Səhifə > SİYASƏT > Gömrük orqanlarında xidmətə qəbul edilən 84 yeni əməkdaş and içib
Gömrük orqanlarında xidmətə qəbul edilən 84 yeni əməkdaş and içibBu gün, 13:04 |
|
Dövlət Gömrük Komitəsinin Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibətilə gömrük orqanlarında xidmətə yeni qəbul edilən gömrük əməkdaşlarının andiçmə mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Şahin Bağırov, Akademiyanın rəhbərliyi və əməkdaşları iştirak ediblər. Tədbirin əvvəlində gömrük orqanlarının keçdiyi yolu əks etdirən videoçarx nümayiş edilib. Ş.Bağırov çıxışında qeyd edib ki, bu gün xidmətə 84 yeni əməkdaş qəbul olur: "And içən gömrük orqanının əməkdaşı hüquqi və mənəvi öhdəlik götürür, dövlət qanunlarına riayət olunmasında və onların tətbiqində prinsipial mövqe nümayiş etdirərək gömrük nəzarətini layiqincə həyata keçirməyi öz üzərinə götürür: "İstəyirəm ki, bu gün and içən gömrük əməkdaşları öz fəaliyyətlərini daim diqqətlə həyata keçirsinlər, vətəndaşlara qarşı nəzakətli və sayğılı olsunlar, fəaliyyətlərində prinsipiallıq nümayiş etdirərək gömrük orqanlarına həvalə edilmiş funksiyaların icrası üçün məsuliyyətlə çalışsınlar və xidmət nümunəsi göstərsinlər. Çünki hər bir gömrük əməkdaşı öz işinə yüksək məsuliyyətlə yanaşmalı və dövlət tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirməlidir". Daha sonra qulluğa qəbul olan əməkdaşlar and içiblər. Ardınca veteran gömrükçülər və xidmətə qəbul olan əməldaşları çıxış ediblər. Tədbir Akademiyanın kursantlarının hazırladığı bədii hissə ilə yekunlaşıb. Geri qayıt |