Əsas Səhifə > REGİON > Ermənistanda bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayır
Ermənistanda bu gündən seçkiqabağı təşviqat kampaniyası başlayırBu gün, 11:14 |
|
Ermənistanda iyunun 7-nə təyin edilmiş parlament seçkiləri ərəfəsində seçkiqabağı təşviqat kampaniyası mayın 8-dən rəsmən başlayır. Şəffaflıq.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri xəbər verir. Ermənistanın Mərkəzi Seçki Komissiyası seçkilərdə iştirak üçün 17 partiya və 2 blok daxil olmaqla 19 siyasi qüvvəni qeydiyyata alıb. Təşviqat kampaniyası iyunun 5-i daxil olmaqla davam edəcək. Qeyd edək ki, ölkənin baş naziri Nikol Paşinyan bu gündən etibarən seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxıb. Geri qayıt |