Əsas Səhifə > Gündəm > Koronavirusa qarşı ilkin gigiyenik qaydalar
Koronavirusa qarşı ilkin gigiyenik qaydalar13-03-2020, 22:09 |
Biz də bir media qurum kimi, koronavirusla bağlı öz araşdırmalarımızı apardıq. Əllərin yuyulması barəsində. Koronavirusla bağlı əsas virus daşıyıcılarından biri əllərdir. 1. Əllərin içində olan xətlər. Barmaqlarda, əlin və biləyin içində olan xətlər nəzərdə tutulur. Bu xətlər diqqətlə yuyulmalıdır. 2. Barmaqların arası yuyulmalıdır. 3. Əlin üzündə, xüsusi olaraq barmaqların üstündə də xətlər var. Onlar da yuyulmalıdır. 4. Dırnaqlar kəsilməlidir. 5. Dırnaqla ətin arasında olan hər bir yığıntı dərhal tənmizlənməlidir. 6. Əllərdə olan hər bir yara və kəsiklərə diqqət yetirilməlidir. 7. Lazım gələrsə, tibbi əlcəklərdən istifadə etmək olar. Allah bu bəladan hamını qorusun. Ehtiyatlı olun! P.S. Bir- birinizlə öpüşməyi və əllə görüşməyi yığışdırın. Hazırladı: Alxas Məmmədov Şəffaflıq.az Geri qayıt |